Məsimov milli pasportdan imtina edib?

Məsimov milli pasportdan imtina edib?

Samir Məsimov Voronej "Fakel"ində ilk rəsmi oyununa çıxıb. Fanat.Az xəbər verir ki, Rusiyanın 1-ci divizionunun ilk turunda səfərdə "Volqar"ın qonağı olan voronejlilər qolsuz bərabərliyə razılaşıb.

Start heyətində meydana çıxan Samir 86-cı dəqiqədə əvəzlənib. Futbolun sirlərinə qonşu ölkədə yiyələnən soydaşımız "Fakel"də yerli futbolçu statusuyla top qovur. Onun Azərbaycan vətəndaşlığından imtina edib-etməməsi bilinmir.

Qeyd edək ki, Məsimov bu yay baxışa yollandığı rus klubuyla 2 illik müqavilə imzalayıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər