Məşhur niderlandlı rusların gözünü yolda qoydu - Forvard hanı?

Məşhur niderlandlı rusların gözünü yolda qoydu - Forvard hanı?

Moskva "Spartak"ının niderlandlı hücumçusu Kvinsi Promes klubunun toplanış ərəfəsində ümumi komanda üçün təşkil etdiyi tibbi yoxlanışa gəlməyib.

Fanat.Az Rusiyanın "Çempionat" saytına istinadən xəbər verir ki, sözügedən forvardın "Spartak"ın 13-27 yanvar aralığında Birləşmiş Ərəb Əmirliklərində keçirəcəyi ilk toplanışa da qatılmamaq ehtimalı yüksəkdir.

Xəbərə görə, Kvinsi "qırmızı-ağlar"ın hazırlığının BƏƏ-də baş tutacaq ikinci və Antalyanın Belek bölgəsində reallaşacaq üçüncü bölümlərində də olmaya bilər. 

Maraqlıdır ki, klub Niderland millisində 50 oyujn keçirən Promesin harada olduğu barədə məlumat yaymayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər