PSJ-nin baş məşqçisi Maurisio Poçettino İngiltərəyə qayıda bilər.
Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, argentinalı çalışdırıcı yenidən Premyer Liqada işləməyin əleyhinə deyil.
Mənbə "Mançester Yunayted"in baş məşqçisi Ule-Qunnar Sulşer postundan göndəriləcəyi halda, onun yerinə əsas namizədin məhz Poçettino olduğunu vurğulayıb.
Yazılanlara inansaq, bir müddət öncə MY rəhbərliyi ilə danışıq aparan PSJ-nin baş məşqçisi öz agenti ilə bu variantı müzakirə etdikdən sonra yeni əməkdaşlığa müsbət yanaşdığını söyləyib.
Cənubi amerikalı mütəxəssisin Paris klubu ilə olan müqaviləsinin müddəti 2023-cü ilə qədərdir. O, 2014-2019-cu illər aralığında "Tottenhem"i çalışdırıb. Londonlular 2019-cu ildə Poçettinonun rəhbərliyi altında Çempionlar Liqasının finalına yüksəlmiş və həlledici qarşılaşmada "Liverpul"a 0:2 hesabı ilə yenilmişdi.
Nihat