Məşhur mütəxəssis silahlı hücuma məruz qaldı

Məşhur mütəxəssis silahlı hücuma məruz qaldı
İngiltərə Premyer Liqasında çıxış edən "Vest Hem"in baş məşqçisi Manuel Pelleqrini vətəni Çilidə silahlı hücuma məruz qalıb.
Fanat.Az xəbər verir ki, paytaxt Santyaqoda həyat yoldaşı və dostları ilə bir restorana gedən mütəxəssisə silahlı soyğunçular hücum edib. 64 yaşlı Pelleqrininin həyat yoldaşının çantasını alan soyğunçular oğurluq bir maşınla olay yerindən qaçmağa çalışarkən polislə qarşı-qarşıya gəliblər. Polisə atəş açan soyğunçular maşını qoyub qaçıblar.
Olaydan xəsarət almadan xilas olan Pelleqrini "Twitter" hesabından açıqlama yayıb: "Çili polisinə sürətli və cəsur müdaxiləyə görə təşəkkür edirəm. Dəstək olan insanlara təşəkkür. Ümid edirəm ki, cinayətkarlıqla mübarizədə polisə daha çox səlahiyyət verilər".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər