Məşhur "Marakana" stadionunun adi dəyişdirilə bilər

Məşhur "Marakana" stadionunun adi dəyişdirilə bilər
Braziliyanın Rio-de-Janeyro şəhərindəki "Marakana" stadionuna əfsanəvi futbolçu Pelenin adı verilə bilər.
 
Fanat.Az xəbər verir ki, bu barədə "O Globo" məlumat yayıb.
 
Xəbərə görə,, müvafiq qanun layihəsi ştatın qanunvericilik yığıncağında təsdiqlənib.
"Marakana" 1950-ci ildə açılıb və 1999-cu ildə bərpa olunanadək dünyanın ən iritutumlu stadionu sayılıb.
155 250 nəfər üçün nəzərdə tutulmasına baxmayaraq, DÇ-1950-də Braziliya yığmasının Uruqvaya 1:2 hesabı ilə uduzduğu final oyununu, rəsmi hesablamalara əsasən, 199 854 nəfər izləyib.
Qeyd edək ki, Pele Braziliya milli komandası ilə 3 dəfə dünya çempionu olub və FİFA tərəfindən əsrin oyunçusu seçilib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər