Fransanın "Monpelye" (Montpellier) klubu gülüş hədəfinə çevirilib. Fanat.Az xəbər verir ki, klub öz adını səhv yazıb.Belə ki, "Monpelye"nin yeni mövsüm üçün formalarının üzərində klubun fransız dilində adı "Montpellier" əvəzinə "Montpelier" yazılıb. Formalar bu şəkildə satışa çıxarılıb. "L" hərflərindən birinin unudulması azarkeşlərin qəzəbinə səbəb olub. Maraqlıdı ki, klubun adının səhv yazıldığı formalar qısa zamanda satılıb qurtarıb.
Qeyd edək ki, 1919-cu ildən fəaliyyət göstərən klub 1974-cü ildən "Monpelye" adını daşıyır. Klub tarixi ərzində 1929-1990-cı illərdə Fransa kubokunu qazanan klub 2011/12 mövsümündə tarixində ilk dəfə ölkə çempionu olub.Fanat.Az