İngiltərə millisinin sabiq hücumçusu Cermeyn Defonun yeni klubu bəlli olub.
Fanat.Az xəbər verir ki, 39 yaşlı hücumçu “Sanderlend”lə müqavilə imzalayıb.
İnformasiyanı İngiltərənin 1-ci liqasında çıxış edən "qara pişiklər"in mətbuat xidməti məlumat yayıb. Sözügedən forvard mövsümün sonunadək “Sanderlend”in uğurları üçün çalışacaq.
Defo 2015-2017-ci illərdə də “Sanderlend”də çıxış edib. İngilis hücumçunun son klubu Şotlandiya “Reyncers”i olub.