Ömər Cavadov qran-pridə çıxış etdi

Ömər Cavadov qran-pridə çıxış etdi

Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının 2-ci qran-pri yarışı davam edir.

Fanat.Az xəbər verir ki, Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet iştirak edir.

Yarışda ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar. 

Bu gün onlardan daha biri – Ömər Cavadov mübarizəyə qoşulub. O, 73 kq çəki dərəcəsinin B qrupunda çıxış edib. İdmançımız toplam 312 (146+166) kq nəticə göstərib. Cavadovun yekun sıralamada tutduğu yer A qrupundakı çıxışlar bitəndən sonra bilinəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər