“Mən onları başa düşmürəm” - Ramil Şeydayev

“Mən onları başa düşmürəm” - Ramil Şeydayev

Millimizin hücumçusu Ramil Şeydayev bu gün "DÇ-2018"in seçmə mərhələsində bəzi azərbaycanlı azarkeşlərin Almaniyanı dəstəkləmək istəyinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, bu barədə futbolçu AFFA-nın rəsmi "Facebook" səhifəsinə açıqlamasında bildirib.

“Hər kəs istədiyi milli komandaya azarkeşlik edə bilər. Ancaq öz ölkəsinin yığmasının oyununda rəqib komandaları dəstəkləyənləri başa düşmürəm”.

Yayılan məlumata görə, bu gun 20-dək azərbaycanlı azarkeş Respublika stadionununda alman azarkeşlər arasında yer alaraq rəqib komandaya dəstək verəcək.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər