"Mən həm prezident, həm oyunçu, həm də məşqçiyəm" - İbrahimoviçdən iddialı açıqlama

"Mən həm prezident, həm oyunçu, həm də məşqçiyəm" - İbrahimoviçdən iddialı açıqlama
"Milan"ın hücumçusu Zlatan İbrahimoviç "Yuventus"la oyundan (4:2) sonra iddialı açıqlamalar verib.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, İbrahimoviç qeyd edib:
"Qocayam - bu, sirr  deyil. Amma yaş sadəcə rəqəmdi. Özümü yaxşı hiss edirəm və komandaya ən yüksək səviyyədə kömək etməyə çalışıram.
Mən həm prezident, həm oyunçu, həm də məşqçiyəm. Sadəcə, mənə təkcə futbolçuluğuma görə maaş ödəyirlər. Mövsümün əvvəlindən "Milan"da olsaydım, İtaliya A Seriyasının qalibi olardıq".
İsveçli forvard "Yuve" ilə görüşdə 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər