Məmmədyarov ilk Qran-Priyə qatılmayacaq

Məmmədyarov ilk Qran-Priyə qatılmayacaq

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov fevralın 3-dən 17-dək Almaniyanın paytaxtı Berlində keçiriləcək Qran-Pri seriyasının ilk turnirində iştirak etməyəcək.

Fanat.Az xəbər verir ki, o, fevralın 28-dən martın 14-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək ikinci və 21 mart - 4 aprel aralığında yenidən Berlində təşkil olunacaq üçüncü - sonuncu yarışda mübarizə aparacaq.

Qeyd edək ki, seriyada ümumilikdə 24 şahmatçı çıxış edəcək. Reqlamentə əsasən, hər şahmatçı üç mərhələdən ikisində yarışa bilər. Qran-Prinin yekunlarına görə, ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirinə vəsiqə qazanacaq.

Sahib  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər