Memfis Depay "Barselona"nı tərk etməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabı üzərindən yayıb.
Xəbərə görə, niderlandlı futbolçunun təmsilçiləri bu gün "Yuventus" nümayəndələri ilə görüşüb və tərəflər şifahi razılığa gəliblər. Mənbə Depayın bugünlərdə rəsmi müqaviləyə imza atacağını iddia edib. Sözügedən futbolçunun Turin təmsilçisi ilə müddəti 2024-cü ilə qədər olan anlaşma imzalayacağı və illik 5 milyon avro qazanacağı bildirilib.
Xatırladaq ki, Depay "Barselona"ya 2021-ci ilin yayında, azad agent statusu ilə qoşulub. Ötən mövsüm "blauqrana"nın forması ilə bütün turnirlərdə 37 matça çıxan Memfis 13 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Kataloniya klubu ilə olan müqaviləsinin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub.
Nihat