Məhv edilən polkovnik separatçıların “müdafiə nazirinin müavini” imiş

Məhv edilən polkovnik separatçıların “müdafiə nazirinin müavini” imiş
Ermənistan Dağlıq Qarabağdakı qondarma rejimin "müdafiə nazirinin müavini”, polkovnik Artur Sarkisyanın öldüyünü etiraf edib.
Bu barədə məlumatı "Sputnik Armeniya” yayıb.
O, bu "vəzifəyə" bu il iyulun 4-də təyin olunmuşdu.
Xatırladaq ki, Artur Sarkisyanın məhv edilməsi ilə bağlı məlumatı Azərbaycanın Müdafiə Nazirliyi oktyabrın 29-da yaymışdı. Onun 1-ci ümumqoşun ordusu komandanın müavini olduğu məlum idi. "Sputnik Armeniya”nın yaydığı məlumatdan isə aydın olur ki, o həm də separatçıların "müdafiə nazirinin müavini” imiş.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər