"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

Ancaq qələbə üçün meydana çıxacayıq"- Ataa Caber  Misli Premyer Liqasının 35-ci turu çərçivəsində "Neftçi" səfərdə "Səbail" ilə qarşılaşıb. Görüş "ağ-qaralar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın ardından qalib komandanın yarımmüdafiəçisi Ataa Caber Fanat.Az-a müsahibə verib.

- Oyun haqda təəssüratlarınız necədir? - Şadam ki, qələbə qazandıq. Gələn oyuna ciddi hazırlaşacağıq, çünki hələ heç nə tam həll olunmayıb. "Sabah"la matç həlledici olacaq. 

- Öz çıxışınızı necə dəyərləndirirsiniz? - Əlbəttə, məhsuldarlığımı daha da artırmaq istərdim. Amma şadam ki, baş məşqçi mənə güvənir və lazımi qədər oynamaq şansı alıram. 

- Birinci hissədə “Səbail”in daha çox şansları oldu... - Birinci hissədə bizim də şanslarımız olurdu. Məncə, bərabər oyun gedirdi. Sonda 3 qol vura bildik və 3 xal bizdədir. 

- Azarkeşlərinizin yenidən sizi dəstəkləyəməyə gəlməsini necə şərh edərdiniz? - Yaxşı ki, azarkeşlər qayıdıblar. Onları görməyə şadam.

- Mediada haqqınızda yayılan transfer iddiaları ilə bağlı nə deyə bilərsiniz? - Bu barədə heç nə bilmirəm. Heç bir plan qurmuram, çünki hazırda bizə mövsümü ikinci yerdə yekunlaşdırmaq lazımdır. 

- “Sabah”la matç barədə nə düşünürsünüz? - Matça hazırlaşacağıq. Dediyim kimi, həlledici oyun olacaq. Meydana ancaq qələbə üçün çıxacağıq.

Nahid Ustaclı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər