Maydana Floyd Meyvezerin dişindən düzəltdiyi suvenirin fotosunu yayımladı - FOTO

Maydana Floyd Meyvezerin dişindən düzəltdiyi suvenirin fotosunu yayımladı - FOTO
Sabiq dünya çempionu Markos Maydana 5 çəki dərəcəsində eks dünya çempionu Floyd Meyvezerin döyüş zamanı rinqdə dişini qırdığını və ondan suvenir düzəltdiyini bildirib.
Fanat.Az xəbər verir ki, o faktı təsdiqləmək üçün suvenirin fotosunu "Instagram” hesabında paylaşıb.
 
Maraqlıdı ki, Meyvezer "BoxingScene” qaynağına bunun baş vermədiyini deyib:
 
"Maydananın zərbəsi məni üçüncü raunda, qonq siqnalı ilə eyni vaxtda tutdu. Doğrudan da, yaxşı zərbə idi. Markos möhkəm oğlandı. Amma endirdiyi həmin əla zərbə dişimi çıxartmadı”.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər