Mats Hummels bu səbəbdən gedə bilər

Mats Hummels bu səbəbdən gedə bilər

Dortmund "Borussiya"sının mərkəz müdafiəçisi Mats Hummels bu yay klubundan ayrıla bilər.

Fanat.Az xəbər verir ki, məlumatı Nikolo Skira yayıb.

Xəbərə görə, 35 yaşlı futbolçunun baş məşqçi Edin Terziçlə münasibətləri qaydasında deyil və bu məqam onun "arılar"ın sıralarını tərk etmək ehtimalını artırır. 

Qeyd edək ki, Hummelsin "Borussiya" ilə müqaviləsinin müddəti gələn ayın 1-də başa çatacaq. Cari mövsüm Almaniya nəhənginin forması ilə 40 oyuna çıxan Mats 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər