Marselo "Olimpiakos"dan ayrıldı

Marselo "Olimpiakos"dan ayrıldı

Braziliya millisinin sabiq futbolçusu Marselo Yunanıstanın "Olimpiakos" komandasından ayrılıb.

Fanat.Az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

35 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Marselo ötən ilin sentyabrında "Olimpiakos"la 1+1 illik müqavilə imzalamışdı. O, bu mövsüm 10 oyunda meydana çıxıb və 3 qol vurub. Ulduz futbolçu daha əvvəl ölkəsinin "Fluminense" və İspaniyanın "Real" klublarının formasını geyinib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər