Dortmund "Borussiya"sından ayrılan Marko Roysun hansı kluba keçə biləcəyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Roysun xidmətində ABŞ təmsilçisi "Los-Anceles Qelaksi" maraqlıdır. Mənbə MLS klubunun artıq 35 yaşlı futbolçuya rəsmi təklif göndərdiyini vurğulayıb. Markonun Səudiyyə Ərəbistanından da təklif aldığı, lakin hazırda onun "Los-Anceles Qelaksi"yə keçmək ehtimalının daha yüksək olduğu bildirilib.
Xatırladaq ki, Roys 2012-ci ildən şərəfini qoruduğu "Borussiya"nın forması ilə 2023/2024 mövsümündə bütün turnirlərdə 39 matça çıxıb. Bu qarşılaşmalarda 8 qol vuran təcrübəli futbolçu 9 məhsuldar ötürmə ilə də yadda qalıb.
Nihat