“Lövün iradlarını anlamaq çətin deyil. Çünki öz oyunumuzu tam şəkildə göstərə bilmədik”. Fanat.az xəbər verir ki, bu sözləri Almaniya yığmasının hücumçusu Mario Qomes deyib.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizi Bakıda 4:1 hesabıyla yenən “bundestim”in ucaboy forvardı – qapımıza vurulan 3-cü qolun müəllifi əlavə edib: “Baş məşqçinin fikirlərinə qarşı çıxmırıq. Ancaq nəzərə almaq lazımdı ki, bu ərəfələrdə təqvim sıx olur və futbolçular klublarında çox gərgin oyunlar keçirirlər. Çünki mövsümün sonu həmişə yüksək təzyiq altında keçir. İndiki məqamda baxımlı oyundan çox nəticə daha önəmli olur. Yəni 3:1 və ya 4:1 hesabı ilə qalib gəlmək çox da vacib deyil. Biz səfərdə 4:1 hesablı qələbə qazandıq və məncə, üzərimizə düşən vəzifəni yerinə yetirə bildik”.
Fanat.Az