Mariano Diasın burnu qırıldı - FOTO

Mariano Diasın burnu qırıldı - FOTO

"Real Madrid"in hücumçusu Mariano Dias İspaniya çempionatının 12-ci turunun "Elçe" ilə oyununda (2:1) aldığı zədədən danışıb.

Fanat.Az xəbər verir ki, 28 yaşlı futbolçu bu barədə şəxsi "Instagram" səhifəsində paylaşım edib:

“Bu mövsüm debütümdən və komandanın qələbəsindən çox razıyam, amma təəssüf ki, oyun zamanı baş verən ciddi toqquşmadan sonra burnum qırıldı. Mənə əməliyyat lazımdır. Bir neçə gün uzaqda olacam, amma artıq yoldaşlarımın yanına qayıtmağı səbirsizliklə gözləyirəm. Uğura aparan yolda daha bir maneə, mübarizəni davam etdirmək üçün başqa səbəb!"

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər