Maradonanın qardaşı dünyasını dəyişib

Maradonanın qardaşı dünyasını dəyişib

Ötən ilin noyabrında dünyasını dəyişən Dieqo Maradonanın ailəsində növbəti itki baş verib. 

Fanat.Az xəbər verir ki, mərhum futbol ulduzunun kiçik qardaşı Uqo bu gün dünyasını dəyişib. O, Neapolun Monte di Procida rayonundakı evində ölü tapılıb.

İddiaya görə, Maradonanın 52 yaşlı qardaşı günortaya yaxın ürək tutmasından dünyasını dəyişib.

“Napoli” də Uqo Maradonanın vaxtsız ölümü ilə bağlı başsağlığı verib: "Prezident Aurelio De Laurentiis başda olmaqla, bütün "Napoli" camiəsi Maradona ailəsinin yanında olduğunu bildirir və Uqonun ölümünün ağrısını bölüşür".

Qeyd edək ki, Uqo da Dieqo kimi 18 yaşında "Napoli"yə transfer olunub. Lakin onun futbolçu karyerası məşhur qardaşı kimi uğurlu olmaybı. O, əvvəlcə "Askoli"də icarə əsasında çıxış edib. Daha sonra İspaniya, Avstriya və Yaponiyada legioner həyatı yaşadıqdan sonra yenidən yaşadığı Neapola qayıdaraq özünü gənclər futboluna həsr edib. O, bir müddət "Boys Quarto"nu çalışdırıb. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər