Maradona ilə vida mərasimi Prezident Sarayında keçiriləcək

Maradona ilə vida mərasimi Prezident Sarayında keçiriləcək
Bu gün Argentinadakı Kasa Rosada prezident sarayında Dieqo Maradona ilə vida mərasimi keçiriləcək.
Fanat.Az xəbər verir ki, mərasim yerli vaxtla saat 06:00-da (Bakı vaxtı ilə saat 13:00-da) başlayacaq.
Vidalaşmaq istəyənlərin qəbulu əfsanəvi futbolçunun yaxınlarının istəyi ilə saat 16:00-da (Bakı vaxtı ilə 23:00) başa çatacaq. Hazırda sarayın qarşısında çoxlu sayda insan toplaşıb.
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ürək tutmasından vəfat edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər