Maquayr özündən çıxdı: "Ömrümün sonuna kimi burada oturub..."

Maquayr özündən çıxdı: "Ömrümün sonuna kimi burada oturub..."

"Mançester Yunayted"in mərkəz müdafiəçisi Harri Maquayr baş məşqçi Erik ten Haqın onunla bağlı rotasiya planını xoşlamır.

Fanat.Az xəbər verir ki, "qırmızı-şeytanlar"ın sabiq kapitanı bu barədə narazılığını "The Sun" vasitəsilə çatdırıb:

“Bu baş məşqçinin rəhbərliyi altında keçirdiyim oyunlarla bağlı statistikam öz sözünü deyir. Az hallarda matça çıxmışam, amma oynadığım zaman qələbə faizi inanılmaz dərəcədə yüksəkdir. Təbii ki, oyunumu təkmilləşdirə bilərəm. Mən bundan sonra da üzərimdə çox çalışacağam. Əminəm ki, daha çox imkanlarım olacaq.

Ömrümün sonuna kimi burada oturub ayda bir dəfə oynamayacağam... Belə davam etsə, klubla oturub hər şeyi müzakirə edəcəyəm. Ancaq mən bütün diqqətimi "Mançester Yunayted"dəki yerimi qaytarmaq üçün mübarizəyə yönəltmişəm".

Qeyd edək ki, Maquayr cari mövsümdə Premyer Liqada cəmi üç oyun keçirib. O, bu görüşlərdən ikisində start heyətdə yer alıb və MY həmin görüşlərdə qələbə qazanıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər