Maksimov gəlməmiş rəhbərlikdən yeni qadağa gəldi-SON DURUM

Maksimov gəlməmiş rəhbərlikdən yeni qadağa gəldi-SON DURUM

"Keşlə”ylə 6 aylıq müqavilə imzalayan Yuri Maksimovun köməkçiləri müəyyənləşib.

Fanat.Az-ın məlumatına görə, klub rəhbərliyi ukraynalının özünə yardımçılar gətirməsinə qarşı çıxıb. Maksimov mövsümün sonuna qədər Bakı təmsilçisinin əsas komandasında özündən əvvəl çalışan mütəxəssislərlə - Zaur İsmayılov, Camal Əliyev və Aleksandr Karakliçlə işləyəcək. Maksimov yalnız ümidləri doğruldaraq növbəti mövsüm üçün anlaşma imzalayacağı halda, bu məsələ yenidən gündəmə gətiriləcək.

Yeri gəlmişkən, müqavilə imzalanandan sonra vətəninə gedən çalışdırıcı yanvarın 5-də geri qayıdaraq işə başlayacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər