Maksim millimizdən və "Synergy Baku"dan kənarlaşdırıldı - Dopinqə görə

Maksim millimizdən və "Synergy Baku"dan kənarlaşdırıldı - Dopinqə görə

Azərbaycanın Elit yığma komandası və "Synergy Baku" kontinental klubunun üzvü Maksim Averinin qanında qəbulu qadağan edilmiş meldonium preparatının tapılması ilə bağlı xəbər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən böyük narahatlıqla qarşılanıb. 

Bu barədə Fanat.Az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Beynəlxalq Antidopinq Agentliyi (WADA) və Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) tərəfindən adı çəkilən preparatın idmançının orqanizminə hansı şəraitdə düşməsi ilə bağlı araşdırılma aparıldığı müddətdə Maksim Averin yığma komandadan və klubdan kənarlaşdırılıb. İdmançı ilə bağlı yekun qərar araşdırmalar başa çatdıqdan sonra veriləcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər