Makqreqor döyüş gününü anons etdi

Makqreqor döyüş gününü anons etdi

İki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqorun növbəti döyüşünün vaxtı bilinib.

Fanat.Az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

Makqreqor oktaqona qayıtma tarixini və rəqibinin adını açıqlayıb.

O, irlandiyalı iyunun 29-da Las-Veqasda amerikalı Maykl Çandlerlə döyüşəcək. Döyüş orta çəki dərəcəsində baş tutacaq. 

Makqreqor sonuncu dəfə 2021-ci ilin iyulunda Dastin Puarye ilə döyüşərək ayağını sındırıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər