Mahirli “Konyaspor” səfərdən xalsız döndü

Mahirli “Konyaspor” səfərdən xalsız döndü

Türkiyə Super Liqasında 36-cı turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” da bu gün növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Sivasspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan xalsız ayrılıb - 0:1.

Mahir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

“Konyaspor” hazırda 49 xalla 7-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər