Mahir oynadı, "Legiya"...

Mahir oynadı, "Legiya"...

Polşa Ekstraklassasında 14-cü turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da növbəti matçına çıxıb.   Varşava təmsilçisi “Stal"ı qəbul edib və 1:3 hesabıyla uduzub. Bu, "Legiya"nın ölkə çempionatında ardıcıl altıncı məğlubiyyəti olub.   Meydana start "11-lik"də çıxan Mahir 75-ci dəqiqədə əvəzlənib. O, 39-cu dəqiqədə sarı vərəqə də alıb.   14 turdan sonra 9 xalı olan “Legiya” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. Paytaxt komandasının ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər