Mahir meydana çıxdı, "Legiya" oyunu çevirdi

Mahir meydana çıxdı, "Legiya" oyunu çevirdi

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" bu gün növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, varşavalılar Polşa Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Motor" ilə qarşılaşıb.

Lyublina şəhər stadionunda baş tutan oyun Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Varşava təmsilçisi 14-cü dəqiqədə hesabda geri düşüb. Qarşılaşmanın 27-ci dəqiqəsində isə "Motor" tərəfdarları pirotexniki vasitələrdən istifadə etdikləri üçün stadion tüstüyə qərq olub. Nəticədə referi görüşü yarımçıq dayandırıb və görüntü problemi aradan qalxandan sonra davam etdirib.

Mahir matça start "11-lik"də başlamayıb. Azərbaycanlı forvard fasilədən sonra - komandası hesabda geri olarkən meydana buraxılıb. Məhz Emreli oyuna qoşulandan sonra 2 qol vuran "Legiya" əzmkar qələbə qazanıb və 1/4 finala yüksəlib.

Mahirin komandası növbəti mərhələdə "Arka Qdınya" ilə üz-üzə gələcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər