"Atletiko Madrid"in müdafiəçisi Kiran Trippyer qeyri-müəyyən müddətə sıradan çıxıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, futbolçu İspaniya Primyerasının 13-cü turunda baş tutan "Valensiya" ilə oyunda (3:3) çiynindən ciddi xəsarət alıb.
Həmin matçın 8-ci dəqiqəsində əvəzlənən ingilis futbolçu zədəsini sağaldandan sonra bərpa prosesi keçməli və fizioterapevtlərin nəzarəti altında bir müddət fərdi proqram üzrə çalışmalıdır.
Onun komandasına nə vaxt kömək edə biləcəyi ilə bağlı indilik hər hansı məlumat yoxdur.
Nihat