Lyuis Ferqyuson ağır zədə aldı

Lyuis Ferqyuson ağır zədə aldı

İtaliyanın "Bolonya" klubunun və Şotlandiya millisinin yarımmüdafiəçisi Lyuis Ferqyuson zədə alıb.

Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, A Seriyasının 32-ci turu çərçivəsində keçirilən "Montsa" ilə oyunun (0:0) 62-ci dəqiqəsində əvəzlənən futbolçunun xaçvari diz bağlarının qopmaq ehtimalı var.

Mənbə Ferqyusonun bu gün tibbi müayinədən keçəcəyini vurğulayıb.

Qeyd edək ki, sözügedən futbolçu 2022-ci ildən "Bolonya"nın formasını geyinir. Cari mövsüm bütün turnirlərdə 31 matça çıxan 24 yaşlı Lyuis 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Ferqyusonun transfer qiymətini 24 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər