Lukaku rəhbərliyə küçə söyüşü ilə müraciət etdi

Lukaku rəhbərliyə küçə söyüşü ilə müraciət etdi

"Çelsi"nin və Belçika millisinin hücumçusu Romelu Lukaku Belçika çempionatı çərçivəsində baş tutan oyunda - "Brügge" ilə matçda "Anderlext"in baş məşqçisi Vensan Kompaniyə qarşı irqçilik edilməsindən hiddətlənib.

Fanat.Az xəbər verir ki, forvard "Instagram" hesabında Belçika liqasının rəhbərliyinə müraciət ünvanlayıb:

"Bu işə bir əncam çəkəcəklərinə ümidvaram. Kompani kimi əfsanəni dərisinin rənginə görə təhqir etmək heç bir məntiqə sığmır... Bəsdir! Cəhənnəm olsun (orijinal versiyada Lukaku küçə söyüşündən istifadə edib -red.) sizin rasizm barədə həştəqləriniz. Ciddi işlər görmək, belələri barədə ölçü götürmək lazımdır".

Xatırladaq ki, Belçika yığması və "Mançester Siti"dəki çıxışıyla daha çox yadda qalan Kompani "Brügge" tərəfdarlarının onu, bəzi futbolçuları və məşqçilər heyətinin üzvlərini "qəhvəyi meymunlar" adlandırdıqlarını açıqlamışdı.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər