Lukaku bütün həmyerlilərini qabaqladı - FOTO

Lukaku bütün həmyerlilərini qabaqladı - FOTO
"İnter"in hücumçusu Romelu Lukaku ölkə xaricində çıxış edən ən yaxşı belçikalı futbolçu seçilib.
Fanat.Az xəbər verir ki, Milan təmsilçisinin forvardı səsvermədə "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bröyneni və "Real"ın qapıçısı Tibo Kurtuanı qabaqlayıb.
27 yaşlı oyunçu "Twitter"də belə yazıb: "Burda olduğum üçün Tanrıya minnətdaram. "İnter" və millidəki komanda yoldaşlarıma təşəkkür edirəm. Uşaqlar, mənə həmişə kömək edin! Əlbəttə, həm yığmanın, həm də "İnter"in məşqçilər korpusuna da "çox sağ olun" deməyə borcluyam. Sizlərin sayəsində daha yaxşı oynaya bilirəm".
Qeyd edək ki, 2019-cu ildən "İnter"də top qovan Lukaku bu mövsüm çıxdığı 16 A Seriyası matçında 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Lukaku bütün həmyerlilərini qabaqladı - FOTO
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər