Lukaku bu gün yeni klubunda müayinədən keçəcək

Lukaku bu gün yeni klubunda müayinədən keçəcək

"Çelsi"nin və Belçika millisinin hücumçusu Romelu Lukaku bu gün yeni klubu ilə müqavilə bağlamaq üçün İtaliyaya uçacaq.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb.

Mənbə forvardın tibbi müayinədən keçəndən sonra Milan "İnter"i ilə rəsmi anlaşma imzalayacağını açıqlayıb. 

Xatırladaq ki, Lukaku "Çelsi"yə ötən yay, 113 milyon avro qarşılığında məhz "İnter"dən transfer olunub. Son mövsümdə "zadəganlar"ın formasıyla ümumilikdə 44 matça çıxan Romelu 15 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər