II Liqada 9-cu tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son gündə 4 görüş baş tutub.
“Cəbrayıl” ev oyununda “Ağdaş”a, “Qusar” da “Dinamo”ya qalib gəlib. “Kürmük Qax” lider “Baku Sportinq”ə, “Göygöl” isə “Şəki Siti”yə məğlub olub.
II Liqa 9-cu tur 31 oktyabr
“Cəbrayıl” – “Ağdaş” 5:3 Qollar: Tapdıq Əhmədov, 17-pen; 31; 70. Nurlan Quliyev, 43. Baxşəli Baxşəliyev, 61 - Ramal Əhmədov, 56. Xəzər Məmmədov, 67. Nicat Baxşiyev, 90+2. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.
“Kürmük Qax” – “Baku Sportinq” 0:1 Qol: Elməddin Hüseynzadə, 46. Qax OİK stadionu, 14:00.
“Qusar” – “Dinamo” 3:1 Qollar: Aslan Hüseynov, 27. Sərxan Ağayev, 41; 90 – İsa Cəbiyev, 35. “Kapital Bank Arena” (ehtiyat meydança), 14:00.
“Göygöl” – “Şəki Siti” 1:2 Qollar: Vüqar Əşrəfli, 38 – Ravil Yusifli, 33. Ceyhun Rəcəbli, 55. Göygöl OİK stadionu, 14:30.
Turun digər oyunları:
“Füzuli” – “Lerik” 1:1 “Şəmkir” – “Şahdağ Qusar” 0:5 “Kür-Araz” – “Şəfa” 5:1