Lider yenə xal itirdi

Lider yenə xal itirdi

Almaniya Bundesliqasında 17-ci tura start verilib.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

“Şalke” evdə “Leypsiq”ə, “Herta” isə “Volfsburq”a böyük hesabla uduzub. “Hoffenhaym” - “Ştutqart” matçında qalib müəyyənləşməyib. Lider “Bayern” də “Köln”lə ev oyunundan xal itkisi ilə ayrılıb. Münhenlilər ötən tur da xal itirmişdilər.

Almaniya Bundesliqası 17-ci tur 24 yanvar

Şalke – Leypsiq 1:6 Qol: Kozuki, 56 – A.Silva, 7; 44. Henriks, 15. Verner, 45+2. Olmo, 83. Poulsen, 89.

Bayern – Köln 1:1 Qol: Kimmix, 90 – Sxiri, 4.

Herta – Volfsburq 0:5 Qol: Svanberq, 4. Arnold, 31. Vind, 34. Baku, 72. Marmuş, 86.

Hoffenhaym – Ştutqart 2:2 Qol: Kramariç, 11. 90+4 – Jirassi, 45+5. Endo, 77.

25 yanvar

21:30. Maynts – Borussiya (Dortmund) 23:30. Auqsburq – Borussiya (Mönhenqladbax) 23:30. Bayer – Bohum 23:30. Frayburq – Ayntraxt 23:30. Verder – Union Berlin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər