Almaniya Bundesliqasında 21-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün 6 görüş baş tutub.
Turun mərkəzi oyununda lider “Bayer” əsas izləyicisi və son çempion “Bayern”i qəbul edib. Rəqibini 3 cavabsız məğlub edən Leverkuzen təmsilçisi xalını 55-ə çatdırıb. Münhen klubu isə 50 xalla ikinci pillədə qalıb.
Almaniya Bundesliqası 21-ci tur 9 fevral
Borussiya (Dortmund) – Frayburq 3:0 Qollar: Malen, 16; 45+7. Fullkruq, 87.
10 fevral
Auqsburq – Leypsiq 2:2 Qollar: Tiets, 35. Demiroviç, 60 – Openda, 39. Şeşko, 52.
Borussiya (Mönxenqladbax) – Darmştadt 0:0
Ayntraxt – Boxum 1:1 Qollar: Marmuş, 14 – Broşinski, 17.
Union Berlin – Volfsburq 1:0 Qol: Doexi, 45+25.
Verder – Haydenhaym 1:2 Qollar: Şmid, 19 – Maloney, 12. Beste, 18.
Bayer – Bayern 3:0 Qollar: Stanişiç, 18. Qrimaldo, 50. Frimponq, 90+5.
11 fevral
18:30. Ştutqart – Maynts 20:30. Hoffenhaym – Köln