Argentinada 2024-cü il Libertadores Kubokunun 1/4 final mərhələsinin cavab oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, "River Pleyt" evdə Çilinin "Kolo-Kolo" klubunu 1:0 hesabı ilə məğlub edib.
Yeganə qol 16-cı dəqiqədə vurulub - Fakundo Kolidio fərqlənib.
Rəqiblər arasında ilk oyun heç-heçə başa çatmışdı - 1:1.
Beləliklə, Argentina klubu cari turnirin ilk yarımfinalçısı olub. Onun yarımfinaldakı rəqibi "Fluminense" - "Atletiko Mineyro" cütünün qalibi olacaq. İlk oyundan sonra "Fluminense" 1:0 öndədir.