Levandovski yenə də rəqibləriniə şans vermədi

Levandovski yenə də rəqibləriniə şans vermədi
Almaniyanın "Get German Football News" nəşri ölkədə 2020-ci ilin ən yaxşı 100 futbolçusunun reytinq cədvəlini açıqlayıb.
Fanat.Az xəbər verir ki, siyahıya "Bavariya"nın hücumçusu Robert Levandovski başçılıq edir.
İlk "onluq"da polşalı forvardla yanaşı, Münhen təmsilçisinin daha 7 üzvü yer alıb. Bunlar qapıçı Manuel Noyer, müdafiəçilər Yozua Kimmix, David Alaba, yarımmüdafiəçilər Serj Qnabri, Alfonso Deyvis, Leon Qoretska və digər hücumçu Tomas Müllerdir.
Qeyd edək ki, Robert Levandovski daha əvvəl FIFA tərəfindən ötənilin ən yaxşı futbolçusu seçilib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər