Levandovski qədər maaş alan müdafiəçi yol ayrıcında qaldı

Levandovski qədər maaş alan müdafiəçi yol ayrıcında qaldı

"Barselona" Jordi Albaya yeni müqavilədə maaşını azaltmağı təklif edib.

Fanat.Az xəbər verir ki, məlumatı AS yayıb.

Kataloniyalılar 33 yaşlı müdafiəçiyə çatdırıb ki, qalmaq istəyirsə, maaşının azalmasına razı olmalıdır. 

Klub ümid edir ki, Alba güzəştə gedəcək və vəziyyətə anlayışla yanaşacaq.

Qeyd edək ki, "Barselona"nın maaş cədvəlində Alba hazırda dördüncü sıradadadır. İspan müdafiəçi ildə təxminən 21 milyon avro qazanır ki, bu da komandanın bombardiri Robert Levandovski ilə eynidir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər