"Lester"ə məsləhət: "Emrelidən ehtiyatlı olun!"

"Lester"ə məsləhət: "Emrelidən ehtiyatlı olun!"

Bu gün Avropa Liqasında qrup mərhələsinin II turunda Polşa "Legiya"sı İngiltərə təmsilçisi "Lester Siti"ni qəbul edəcək. 

İngiltərədə tanınmış futbol eksperti və "Lester Siti"nin xüsusi müxbiri Cordan Blekvel (Jordan Blackwell) "tülkülər"ə rəqib barədə bir sıra məlumatlar verib.

Fanat.Az-in jurnalistin rəsmi "Twitter" səhifəsindəki paylaşıma istinadən xəbərinə görə, o, komandasına Mahir Emrelidən xüsusi olaraq ehtiyatlı olmağı məsləhət görüb:

"Hücumda "Lester" üçün problem yarada biləcək bir neçə futbolçu var. Ağıla gələn ilk oyunçu yayda "Qarabağ"dan Polşaya keçən Azərbaycan millisinin hücumçusu Mahir Emrelidir. Suda balıq kimi kluba yerləşib və bu günə qədər 17 oyunda 9 qol vurub. Futbolçunun sol ayağı ilə təhlükəli zərbələri var".

 

Xarırladaq ki, "Legiya" - "Lester Siti" oyunu bu gün Bakı vaxtı ilə saat 20:45-də keçiriləcək.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər