Lempard Şotlandiya yolunda - SON DURUM

Lempard Şotlandiya yolunda - SON DURUM

Frenk Lempard məşqçilik karyerasını Şotlandiyada davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, məlumatı “The Telegraph” nəşri yayıb.

Xəbərə görə, sözügedən mütəxəssisin xidmətində “Reyncers” rəhbərliyi maraqlıdır. Mənbə Qlazqo klubunun rəhbərliyinin 45 yaşlı çalışdırıcı ilə danışıq aparmağı planlaşdırdığını vurğulayıb.

“Reyncers”in idarəçiləri Şotlandiya çempionatının 7-ci turunda “Aberdin”dən alınan məğlubiyyəti (1:3) Maykl Biliyə bağışlamayıblar. Bili oktyabrın 1-də istefaya göndərilib. 

Qeyd edək ki, Lempardın son iş yeri "Çelsi" olub. O, bu ilin aprel-iyun aylarında müvəqqəti baş məşqçi statusu ilə sabiq komandasını çalışdırıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər