Lempard bu milli komandanı çalışdıra bilər

Lempard bu milli komandanı çalışdıra bilər

“Çelsi”nin sabiq çalışdırıcısı Frenk Lempard Kanada millisinin baş məşqçisi postuna namizədlər arasında yer alıb.

Fanat.Az xəbər verir ki, informasiyanı “The Telegraph” yayıb.

Xəbərə görə, Kanada Futbol Federasiyasının rəhbərliyi millinin Şimali Amerikada keçiriləcək 2026-cı il dünya çempionatında komandaya rəhbərlik edə biləcək layiqli mütəxəssis axtarır.

Hazırda Kanada millisinin müvəqqəti baş məşqçisi Mauro Byellodur.

Lempardın son iş yeri 2023-cü ilin aprelindən iyul ayına kimi çalışdığı “Çelsi” olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər