"Çelsi"nin baş məşqçisi Frenk Lempard "Aston Villa"da icarə əsasında çıxış edən Ross Barklini geri qaytarmaq istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "90min" yayıb.
Mənbə Lempardın yarımmüdafiəçinin "Aston Villa"dakı çıxışından məmnun qaldığını və mövsümün sonunda onu sərəncamında görmək istədiyini vurğulayıb.
Qeyd edək ki, Barkli "Everton"un yetirməsidir. O, 2018-ci ildə 16,8 milyon avro qarşılığında "Çelsi"yə transfer olunub.
Fanat.Az