Almaniya millisinin sabiq qapıçısı Yens Lemann "Herta" klubunun Direktorlar Şurasından kənarlaşdırılıb.
Fanat.Az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, buna Lemannın irqçilik etməsi səbəb olub.
O, Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilən "Mançester Siti" - PSJ (2:0) oyunu zamanı başqa şəxsə yazdığı mesajı yalnışlıqla haqqında danışdığı adama, yəni "Sky Sports Germany"nin eksperti və Almaniya millisinin qaradərili sabiq futbolçusu Dennis Aoqoya göndərib. Həmin ismarıcda "Dennis əslində sizin Quotenschwarzer-dir (reytinq zəncinizdir)?" yazılıb. Aoqo isə öz növbəsində bu mesajı skrinşot edərək "İnstagram" səhifəsində "Vau. Siz ciddisiniz? Bu mesaj yəqin ki, mənə ünvanlanmayıb" rəyi ilə paylaşıb.
Bundan sonra Lemann Aoqodan üzr istəsə də, klubun cəzasından qaça bilməyib.
Röya