"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, Baxşıyev 0:0 hesabıyla bitən görüşün ardından baş tutan mətbuat konfransında belə danışıb: - Belə çətin oyun gözləyirdik. "Sumqayıt"la oyunlarımız dinamik keçir. Komandanı çətin oyuna hazırlayırdıq. Matçın daha ağır olacağını bilirdik. Komandada eyforiya yox idi. İstədiyimizi meydançada yerinə yetirməyə çalışdıq. Layiqli 1 xal qazandıq. - Qapıçıdan narazı olduğunuz hiss olunurdu... - Kənardan belə görünə bilər. Futbol emosiyalar oyunudur. Hər şey qaydasında idi.