ÇL-də həftənin ən yaxşısı adına namizədlər açıqlandı

ÇL-də həftənin ən yaxşısı adına namizədlər açıqlandı

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Fanat.Az qurumun saytına istinadən xəbər verir ki, bunlar Fransişku Trinkau ("Sportinq"), Vinisius Junior ("Real Madrid"), Rafinya ("Barselona") və Dominik Soboslaidir ("Liverpul").

Fransişku "Budyo-Qlimt"lə matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb, Vinisius "Mançester Siti" ilə səfər qarşılaşmasında dubl edib. Rafinya "Nyukas"la Kataloniyadakı dueldə 2 qol və 1 qol assistlə diqqət çəkibsə, Soboslai "Qalatasaray"la oyunda adını tabloya yazdırıb.

ÇL-də həftənin ən yaxşısı adına namizədlər açıqlandı

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər