Kvirkveliyanın yeni klubu bəlli oldu

Kvirkveliyanın yeni klubu bəlli oldu

“Neftçi”dən ayrılan Solomon Kvirkveliyanın yeni klubu müəyyənləşib.

Fanat.Az xəbər verir ki, Gürcüstan millisinin müdafiəçisi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

31 yaşlı futbolçu “Əl-Ohdud” klubu ilə müqavilə imzalayıb.

Qeyd edək ki, “Neftçi” Kvirkveliya ilə müqaviləni qarşılıqlı razılaşma ilə ləğv etdiyini açıqlayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər