Kurban Berdıyevin yeni iş yeri rəsmən bəlli oldu

Kurban Berdıyevin yeni iş yeri rəsmən bəlli oldu

Rusiya Premyer Liqasında çıxış edən “Soçi”nin yeni baş məşqçisinin adı məlum olub.

Fanat.Az xəbər verir ki, komanda Kurban Berdıyevə tapşırılıb.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 70 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Berdıyev son olaraq Təbriz təmsilçisi “Traktor”un “sükanı arxasında” olub. O, 2001-2013 və 2017-2019-cu illərdə Rusiyanın “Rubin” komandasının “sükanı arxasında” çalışıb. Baş məşqçi 2014-2017-ci illərdə “Rostov”da da işləyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər