Futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 1/8 final mərhələsinin oyunlarından sonra “Turan Tovuz”, “Qəbələ”, “Səbail”, “Zirə”, “Kəpəz” və “Sabah” klubları növbəti tura vəsiqə qazanıb.
“Qarabağ”la “Neftçi” isə mübarizəyə birbaşa 1/4 finaldan başlayacaqlar.
Yarımfinala vəsiqə uğrunda aşağıdakı kollektivlər mübarizə aparacaqlar. Bu mərhələnin oyunları 8-9 və 19-20 dekabr dekabrda keçiriləcək.
Azərbaycan kuboku 1/4 final
Qarabağ - Qəbələ Səbail – Sabah Zirə - Neftçi Kəpəz - Turan Tovuz